Qırmızı çayın faydalarından xəbərdarsınız?
Bizi izləyin

Sağlamlıq

Qırmızı çayın faydalarından xəbərdarsınız?

Yaşıl və ağ çaydan sonra sağlamlığının qayğısına qalanlar indi də qırmızı çayı populyarlaşdırıb. Son günlər Hollivud ulduzlarından idmançılara, siyasətçilərdən də elm adamlarına kimi bir çox məşhur simanın qırmızı çay içdiyi deyilir.

Əsl adı “Rooibos” olsa da, dəmləndikdə qırmızı rəng aldığı üçün ona məhz “qırmızı çay” deyilir. “Rooibos” Cənubi Afrikada yetişən bitki növüdür. Onun çayının xərçəngdən tutmuş ürək xəstəliklərinə kimi, bir çox dərdin çarəsi olduğu deyilir. Bu çay olduqca dadlı və xoş qoxuludur:

Türkiyəli diyetoloq Sənəm Apa Doğan onun şəfalı xüsusiyyətlərindən bəhs edib.

Publika.az diyetoloqun fikirlərini təqdim edir:

“Yaşıl və ağ çaydan fərqli olaraq, qırmızı çayın olduqca xoş dadı və qoxusu var. Odur ki, yaşıl və ağ çay içməyi sevməyənlər belə, qırmızı çayın aludəçisinə çevriləcək. Üstəlik, fərqli xüsusiyyətlərindən biri də kofein ehtiva etməməsidir”.

Sənəm Apa Doğan bildirib ki, qırmızı çay həm sağlamlıq, həm də gözəllik üçün əvəzedilməz vasitədir:

“Dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. Dəmir, kalsium, kalium, maqnezium, manqan, mis, sink ehtiva etdiyi üçün sağlamlığa yaxşı təsir edir. Sümüklərin daha sağlam olmasını təmin edir. Xüsusilə, idmançılara tövsiyə edirəm. Qadınlar da qırmızı çay içsin. Çünki o, sümük əriməsi və sümük əyrilikləri kimi problemlərin qarşısını alır. Damarların elastikliyini artırır, infarkt və iflic riskini azaldır. Kofein ehtiva etmədiyi üçün yuxusuzluğa səbəb olmur, əksinə insanı sakitləşdirir, daha rahat yuxuya getməyə kömək edir”.

Diyetoloq qırmızı çayın istifadə qaydalarından da danışıb:

“İstəsəniz, bu çayı soyuq da içə bilərsiniz. Onu 3 dəqiqədən artıq dəmləməyə ehtiyac yoxdur. Şəkər və ya bal əlavə etmədən, sadə halda içməyiniz məsləhətdir. Bu çaya qaynar süd əlavə edərək də içmək olar”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm