Uzun ömür sürmək istəyənlər bunu etsin!
Bizi izləyin

Sağlamlıq

Uzun ömür sürmək istəyənlər bunu etsin!

Statistikaya əsasən, uşaqlar gündə təxminən, 400 dəfə güldüyü halda, yetkin insanlar 17 dəfə gülür.

Gülmək və qəhqəhə çəkməyin sağlamlıq üçün faydalı olduğu elmə çoxdan məlumdur. Ancaq son illər təkcə həkimlər deyil, hətta yoqistlər də gün ərzində, heç olmasa, 1 dəqiqə qəhqəhə çəkməyi məsləhət görür.

Bəs, qəhqəhə çəkmək sağlamlığa necə təsir edir?

Publika.az bu sualın cavabını araşdırıb:

*Hormonları balanslaşdırdığı üçün immunitet sistemini gücləndirir. Bu isə xəstəliklərdən birbaşa müdafiə deməkdir.

*İdman edərkən orqanizmdə endorfin hormonu istehsal edilir. Maraqlıdır ki, eyni hormon biz qəhqəhə çəkərkən də. istehsal olunmağa başlayır.

*Ağrıkəsici effekt verir.

* Stressi azaldır.

*Gündə 100 dəfə gülmək 10 dəqiqə avar çəkmək və ya 15 dəqiqə velosiped sürməklə eyni effekti verir. Hər üç halda orqanizm eyni miqdarda kalori xərcləyir.

*Qəhqəhə çəkən insan pozitiv olur, belə insan da, təbii ki, karyerada daha tez yüksəlir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm