Qoxulu şamlar xərçəngə səbəb olur – DİQQƏT!
Bizi izləyin

Sağlamlıq

Qoxulu şamlar xərçəngə səbəb olur – DİQQƏT!

Qoxulu şamların insan orqanizmi üçün zərərli olduğu açıqlanıb.

Publika.az xəbər verir ki, Dünya Sağlamlıq Təşkilatının araşdırmaları şamların xərçəngə səbəb olduğunu üzə çıxarıb. Xüsusilə də, qoxulu şamlardan yayılan tüstünün tərkibində həddən artıq qurğuşunun olduğunu bildirən mütəxəssislər insanları diqqətli olmağa səsləyiblər. Alimlərin sözlərinə görə, təhlükə, sadəcə qurğuşunla bitmir. Həmin şamların yaydığı tüstüdə, həmçinin “formaldehit” adlı kimyəvi maddə də var. Həmin maddə şam yandırılandan bir müddət sonra insanda baş ağrısına, başın hərlənməsinə səbəb olur. Mütəmadi olaraq qoxulu şamlardan istifadə etdikdə beynin mərkəzi sinir sistemi iflic olur. Formaldehit qırtlaq və burun xərçənginə səbəb ola bilir.

Qeyd edək ki, bundan öncə Karolina Universitetinin apardığı araşdırma qoxulu şamların ən az siqaret tüstüsü qədər zərərli olduğunu ortaya çıxarıb. Nüfuzlu jurnallardan birində yayımlanan araşdırmada qoxulu şamların astma və ekzema riskini artırmaqla yanaşı, qan, beyin, qırtlaq və ağciyər xərçənginə səbəb olduğu vurğulanıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm