• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Kartof pəhrizi ilə 1 ayda 10 kilo arıqladı

Kartof pəhrizi ilə 1 ayda 10 kilo arıqladı

35 yaşlı avstraliyalı Endryu Teylor 2016-cı ilin əvvəlində tamamilə dəyişməyə qərar verib.

Publika.az xəbər verir ki, o, bir ay ərzində yalnız kartof yeməyə qərar verib və bu prosesi “YouTube” kanalında paylaşıb. 30 gündən sonra kişi təxminən 10 kilo arıqlayıb və pəhrizi bütün il boyu davam etdirmək qərarına gəlib.

Teylor pəhriz saxlamağa başlayanda, belə arıqlayacağını təxmin etməyib. Onun sözlərinə görə kartof bişirərkən yağdan istifadə etməyib. Kartofu, sadəcə qaynadıb və ya buxarda bişirib yeyib. Teylor hər gün yediyi kartofdan təxminən 99 faiz kalori qəbul edib.

Qızarmış kartofun qadağan edildiyi pəhrizin resepti necədir?

Teylor səhər yeməyində barbikyü souslu blinçik yeyib. Nahar və şam yeməyi üçün püreni sarımsaqla birlikdə sobada bişirib. Şirniyyat ehtiyacını isə kartofun üzərinə meyvəli sirop əlavə etməklə ödəyib. Bununla yanaşı, kartof unu, kartof əriştəsi kimi hazır qidalardan da istifadə edib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR