Meyvə və tərəvəzləri parazitlərdən necə təmizləməli?
Bizi izləyin

Sağlamlıq

Meyvə və tərəvəzləri parazitlərdən necə təmizləməli?

Meyvə və tərəvəzlər yaxşı təmizlənmədiyi halda onların üzərinə yapışan parazitlər bədəninizə daxil olub bir çox xəstəliyə səbəb ola bilər. Ona görə də, meyvə-tərəvəzləri çiy yeyəndə diqqətli olmaq lazımdır.

Bəzi parazitlər su ilə təmizlənmir, meyvəni, tərəvəzi nə qədər yusanız da, yapışdığı yerdə qalır.

Xüsusilə də, ispanaq, kahı, kələm, göyərtilər bu baxımdan təhlükəlidir.

Odur ki, onları əvvəlcə yaxşıca yuyub təmizləyin. Daha sonra iri bir qabı su ilə doldurub içərisinə bir xörək qaşığı sirkə və ya limon şirəsi əlavə edin. Tərəvəzləri və ya meyvələri həmin suda 5 dəqiqə saxlayın.

Daha sonra meyvə və tərəvəzlər yenidən çoxlu yuyulmalı, daha sonra istifadə edilməlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm