• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?

Yeni alınan paltarı geyinmədən öncə niyə yumaq lazımdır?

Dünyanın müxtəlif ölkələrində aparılan statistikalar göstərir ki, insanların 90 faizi yeni aldıqları paltarları yumadan geyinir. Halbuki bu, sağlamlıq üçün olduqca təhlükəlidir. Çünki mağazadakı geyimlər zərərli kimyəvi maddələrlə və mikroorqanizmlərlə dolu olur.

Publika.az yeni geyimləri niyə yumalı olduğunuzu araşdırıb:

Nyu-York Universitetinin professoru Filip Tierno yeni alınan geyimləri birbaşa geyinməyin təhlükəli dəri xəstəliklərinə səbəb ola biləcəyini sübuta yetirib.

O bildirib ki, müxtəlif geyim mağazalarından aldığı şalvar, kofta, pencək və alt paltarları kimi geyimləri laboratoriyada bir sıra testlərdən keçirib və onlarda bakteriya, göbələk, dəri qalıntısına rast gəlib. Professor xüsusilə, alt paltarları, çimərlik geyimləri və dəsmalları yumadan istifadə etməyin çox təhlükəli olduğunu vurğulayıb.

Həkimin sözlərinə görə, bir çox insanın geyinib yoxladığı paltarlar mikrob yuvasıdır. Belə geyimlər üzündən aşağıdakı problemlərlə üzləşə bilərsiniz:

*İshal

*Salmonella bakteriyası

*Noro virusu

*Göbələk infeksiyaları

*Beta mikrobu

*Bit və birə

Yeni geyimlərdəki digər təhlükə də kimyəvi maddələrdir. Bu cür maddələrin təhlükəlilik səviyyyəsi geyimin istehsal edildiyi ölkədən asılı olaraq, dəyişir. İnkişaf etməmiş ölkələrdə istehsal edilən geyimlərdə daha təhlükəli kimyəvi maddələrdən istifadə edilir.

Məsələn, geniş şəkildə istifadə edilən “azo‐anilin” boyası dəriyə zərər verir. Həssas dəri bu maddənin olduğu geyimlə təmas etdikdə boyun, bilək, qoltuq altı kimi nahiyələrdə qızartı və qaşıntı müşahidə edilə bilər. Hətta bu vəziyyət tez-tez təkrarlandıqda eqzemaya yaxalanmaq riski artır.

“Triklosan” adlı kimyəvi maddə də olduqca təhlükəlidir. Onun xərçəngə səbəb olduğu deyilir.

Sağlamlıq üçün heç bir zərəri olmadığı düşünülən pambıqdan hazırlanmış geyimlər isə gizli təhlükədir. Çünki dünyada ən çox həşərat dərmanlarına məruz qalan bitki pambıqdır. Pambıqdan parça əldə edilərkən ağartma, boyama zamanı istifadə olunan kimyəvi maddələr paltarlar bir neçə dəfə yuyulduqdan sonra belə getmir. Ona görə də, pambıq geyimləri belə keyfiyyətinə inandığınız brendlərdən əldə etməyiniz məsləhətdir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR