• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Üç yaşıl qida ilə ürəyinizi qoruyun!

Üç yaşıl qida ilə ürəyinizi qoruyun!

Son günlər ölkəmizdə yaşanan hadisələr hər kəsin narahatçılıq və stress keçirməsinə səbəb oldu. Mütəxəssislər bu tip hadisələrin ilk növbədə ürək sağlamlığına təsir etdiyini bildirirlər.

Ancaq Publika.az-ın təqdim etdiyi 3 qida sayəsində ürəyinizi qoruya bilərsiniz.

Mütəxəssislər ürək üçün faydalı qidaların məhz yaşıl rəngdə olduğunu bildirirlər. Onlardan ən güclü təsir edənlər isə avokado, cəfəri və brokkolidir.

Avokado ehtiva etdiyi vitamin və minerallar sayəsində qan şəkərini və qan təzyiqini tənzimləyir. Avokadonu salatlara əlavə etmək olar. Onu limon şirəsi və qara istiotla qarışdırıb yemək məsləhətdir. Bu meyvənin tərkibindəki omeqa 3 yağ turşuları ürək və damar sağlamlığını qoruyur.

Cəfəri də ürək sağlamlığı üçün əvəzedilməzdir. Bu göyərti şəkər xəstələrinə və təzyiqdən əziyyət çəkənlərə də yaxşı təsir edir.

Brokkoli isə xüsusilə çiy yeyildikdə damarlara yaxşı təsir edir. Xolesterinin səviyyəsini aşağı salır.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>