"Azərbaycanda hər 1000 tələbədən 20-i vərəm xəstəsidir" - ŞOK
Bizi izləyin

Sağlamlıq

"Azərbaycanda hər 1000 tələbədən 20-i vərəm xəstəsidir" - ŞOK

"Azərbaycanda hər 1000 tələbədən 20-i vərəm xəstəsidir"-ŞOK

Azərbaycanda tələbələr arasında vərəmə yoluxma halları artıb. Bu barədə Movqe.az-a "Azərbaycan Demokrat Tələbə Gənclər Təşkilatı"nın sədr müavini Gülnarə Bağırova məlumat verib.

G. Məmmədova bildirib ki, Bakı Tibb Kollecinə qəbul olan hər 1000 tələbədən 20-də vərəm xəstəliyi aşkarlanır: "Biz kollecə qəbul olan tələbələri dərhal rentgen aparatından keçiririk. Həmin tələbələrdən qan analizləri götürülərək müayinə olunur.

Aparılan statistik təhlillər göstərir ki, kollecə qəbul olan hər 1000 tələbədən 20-də vərəm aşkarlanır. Dərhal həmin xəstələrin valideynləri bu barədə məlumatlandırılır, onların digər tələbələrlə kontaktda olmaması üçün müvəqqəti təcrid olunaraq müalicələrinə başlanılır: "Vərəm xəstəliyi aşkarlanan xəstə tələbələrin çoxu rayonlardan paytaxta təhsil almağa gələn gənclərdir. Paytaxtda yaşayan tələbələrdə belə xəstəliklərə az-az rast gəlinir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm