Qəhvə bağırsaq xərçənginin qarşısını alır?
Bizi izləyin

Sağlamlıq

Qəhvə bağırsaq xərçənginin qarşısını alır?

Yeni aparılan araşdırmalar qəhvə içməyin bağırsaq xərçənginin çarəsi ola biləcəyini göstərib.

Publika.az xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin professorlarının fikrincə, qəhvə bağırsaq xərçənginə yaxalanmaq ehtimalını 50 faiz azaldır.

5000-dən çox insanın iştirakı ilə aparılan araşdırmanın nəticələri də bu faktı təsdiq edib.

Alimlər bildirirlər ki, qəhvənin tərkibindəki kofein antioksidant effekti ilə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Qəhvənin ehtiva etdiyi “melanoid” adlı maddənin də antioksidant təsiri göstərdiyi təxmin edilir.

Buna görə də mütəxəssislər gündə 1-2 stəkan sadə qəhvə içməyi məsləhət görürlər.

Daha öncəki araşdırmalar qəhvənin Alzaymer və Parkinson kimi xəstəliklərə qarşı faydalı olduğunu sübut edib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm