Alimlər açıqladı: “Hər gün alma yeyənlər…”
Bizi izləyin

Sağlamlıq

Alimlər açıqladı: “Hər gün alma yeyənlər…”

Avstriyada 1456 qadının iştirakı ilə həyata keçirilən araşdırma gündə 1 ədəd alma yeyən insanların daha uzun ömürlü olduqlarını ortaya çıxarıb.

Publika.az xəbər verir ki, 70-85 yaş arasında olan qadınlarla 15 il ərzində aparılan araşdırma hər gün alma yedikdə erkən yaşda ölüm riskinin 35 faiz azaldığını göstərib.

Araşdırmanın rəhbəri, professor Conatan Hocson bunu almanın qabığında olan maddələrlə və liflə əlaqələndirir. Almanın tərkibindəki antioksidantlar hüceyrələri qoruyur və yeniləyir. Qabıqdakı liflər isə xolesterin səviyyəsini aşağı salır, təzyiqi tənzimləyir. Bu isə uzun və sağlam həyat yaşamağa kömək edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm