Kətan toxumu ilə baxımlı saçlara qovuşun!
Bizi izləyin

Sağlamlıq

Kətan toxumu ilə baxımlı saçlara qovuşun!

Kətan toxumu omeqa 3 yağ turşuları, E və B vitaminləri ilə zəngindir. Buna görə də ondan sadəcə sağlamlıq üçün deyil, gözəllik vasitəsi kimi də istifadə edilir.

Kətan toxumundan əldə edilən su saçları qidalandırır, nəmləndirir və saç hüceyrələrini yeniləyir. Beləliklə, saçlar daha gur və sağlam görünür.

Publika.az kətan toxumu ilə saça qulluq etməyin asan yolunu təqdim edir:

Tərkibi:

1 xörək qaşığı kətan toxumu

1 litr su

1 ədəd limonun şirəsi

Hazırlanması:

1 litr suyu qaynadın, içərisinə kətan toxumlarını əlavə edib 5 dəqiqə gözləyin. Daha sonra ocağı söndürüb suyun soyumağını gözləyin. Suyu süzüb üzərinə limon şirəsini əlavə edin.

Əvvəlcə saçlarınızı şampunla yuyub təmizləyin. Sonra saçınızı darayın və kətan toxumundan əldə etdiyiniz suyu saçınıza çəkin. Kökdən uca qədər çəkmək lazımdır. Saçları yenidən yumağa ehtiyac yoxdur. Saçınız quruduqdan sonra daha parlaq və gur görünəcək.

Kətan toxumu suyundan həftədə iki dəfə istifadə etmək lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm