Dünyada minlərlə uşağı insanlardan uzaqlaşdıran problem
Bizi izləyin

Sağlamlıq

Dünyada minlərlə uşağı insanlardan uzaqlaşdıran problem

Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.

Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırılıb.



Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.


Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Autizmli uşaqların xüsusiyyətləri həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Dünyada 60-70 min həfərin bu xəstəlikdən əziyyət çəkdiyini bildirilir. Ölkəmizdə bu uşaqların sayı 3500-dən çox olduğu bildirilsə də, rəqəmlər dəqiq deyil. Dəqiq rəqəmlərin olmaması ailələrin bu xəstəliyi gizlətmələri, məlumatsız olmalarıdır. Amma unutmaq olmaz ki, erkən diaqnoz və məşğələlərlə autizmli insanları cəmiyyətə qazandırmaq mümkündür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm