Qıvrım saçlara necə qulluq etməli?
Bizi izləyin

Sağlamlıq

Qıvrım saçlara necə qulluq etməli?

Qıvrım saçlara qulluq etmək asan deyil. Belə saçların asan daranması və qırılmaması üçün bir neçə qaydaya əməl etmək lazımdır.

Publika.az-ın təqdim etdiyi məsləhətləri mütləq yadda saxlayın!

Özünüzə uyğun şampunu tapın.

Seçdiyiniz şampunun qablaşdırmasında qıvrım saçlılar üçün istehsal edildiyi qeyd olunmalıdır. Nəmləndirmə xüsusiyyəti olan şampunlara üstünlük verin. Zeytun və badam yağı ehtiva edən şampunlar məsləhətdir.

Saçınızı hamamda darayın.

Saçlarınızın qabarmasını istəmirsinizsə, saçlar islaq halda ikən balzam çəkin. Daha sonra saçlarınızı darayın.

Saç fenindən istifadə etməyin.

Qıvrım saçlıların ən böyük problemi kövrək saç telləridir. Saç fenindən istifadə etmək saç tellərinin nəmsiz qalmasına səbəb olur. Bu isə saçların qabarması, saç tellərinin qırılıb tökülməsi ilə nəticələnir. Ona görə də saçların təbii şəkildə quruması vacibdir.

Yatmazdan öncə saçlarınızı toplayın.

Qıvrımların səliqəli qalması üçün gecələr yatmazdan öncə saçınızı toplamalısınız. Bu zaman rezin saç lentlərindən istifadə etməyin. Pambıqdan hazırlanmış saç bandı ilə toplamaq olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm