Sağlamlıq üçün hansı makaronu yemək lazımdır?
Bizi izləyin

Sağlamlıq

Sağlamlıq üçün hansı makaronu yemək lazımdır?

Siz də makaron yedikdən sonra mədə problemlərindən əziyyət çəkirsiniz? Əslində bunun səbəbi makaronun zərərli qida olmasıyla bağlı deyil. Çünki italyanlar heç vaxt belə problemlərlə üzləşmirlər. Makaronun vətənində bu məhsul tərkibində kəpək olan buğda unundan istehsal edilir.

Marketdən aldığımız makaronlar isə əla növ undan hazırlanır və çox vaxt həddən artıq qlüten ehtiva edir. Belə makaronun tərkibi vitamin və minerallar baxımından da kasad olur. Ancaq mütəxəssislər keyfiyyətli makaron yemək üçün İtaliyaya getməyə ehtiyac olmadığını bildirirlər. Bunun üçün sadəcə daha faydalı makaron çeşidlərinə üstünlük vermək lazımdır.

Publika.az orqanizm üçün ən faydalı makaron növlərini təqdim edir:

Düyü makaronu: düyüdən əldə olunan bu makaronun rəngi dümağ olur və dadı adi makarondan fərqlənmir. Tərkibində heç qlüten olmadığı üçün həzm sistemi üçün faydalı hesab edilir.

Noxud makaronu: zülalla zəngindir. Qlüten ehtiva etmir.

Qəhvəyi düyü makaronu: lif və minerallarla zəngin olur. Tərkibində qlüten yoxdur. Dadı hər damağa uyğun olmaya bilər. Ancaq sağlamlıq üçün çox faydalıdır.

Kinoa makaronu: amin turşuları ilə zəngin olduğu üçün xüsusilə, vegeterianlara tövsiyə edilir. Belə makaron antioksidant, vitamin və mineral baxımından zəngin olduğu üçün yaşlanma prosesini gecikdirir.

Qarabaşaq makaronu: bu da qlütensiz makaron növüdür. Dadı olduqca ləzzətlidir. Uşaqlara adi makaron əvəzinə qarabaşaq makaronu yedizdirilməsi məsləhətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm