Mətbəxinizdəki düşmən: sizi yavaş-yavaş öldürür
Bizi izləyin

Sağlamlıq

Mətbəxinizdəki düşmən: sizi yavaş-yavaş öldürür

İnsanların çoxu çaya bir neçə qaşıq şəkər tozu əlavə edir, içərisində bol miqdarda şəkər olan şirniyyat yeyir, marketlərdə satılan zərərli şəkərlə dolu meyvə sularını və qazlı içkiləri içir.

Əgər siz şəkər tozunun insan sağlamlığına vurduğu zərərlərdən xəbərdar olsanız, bu ağ zəhərdən uzaq durarsınız.

Publika.az həddən artıq şəkər qəbul edən insanların üzləşə biləcəkləri təhlükələri sıralayıb:

1.Ömrü qısaldır

Araşdırmalar zamanı şəkərli qidalar yedizdirilən siçanların normaldan daha az yaşadıqları məlum olub.

2.Sonsuzluq yaradır

ABŞ-da aparılan araşdırmalar göstərib ki, şəkər tozu verilən siçanlar nəsil artıra bilmirlər.

3.Köklüyə səbəb olur

Beyinə toxluq siqnalı getmədiyi üçün insan mütəmadi olaraq yemək istəyir. Bu da həddən artıq kalori almağa və köklüyə gətirib çıxarır.

4.Daxili orqanlarda və bel bölgəsində yağlanmağa səbəb olur

Qaraciyər süni şəkəri parçalayıb enerjiyə çevirə bilmir. Ona görə də, bu şəkər bədəndə yağ formasında toplanır.

5. Ürək və damar problemləri

İflic, insult kimi təhlükəli vəziyyətlərə, həmçinin ürək və damar xəstəliklərinə səbəb olur.

6.Serroz

Qaraciyər yağlanmasına və serroza səbəb olur.

7.Şəkər xəstəliyi

“Global Public Health” adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan bir araşdırmaya görə, həddən çox şəkərli qidalar yemək şəkər xəstəliyinə gətirib çıxara bilər.

8.Xolesterin

Xolesterinin səviyyəsinin yüksəlməsinin əsas səbəbkarlarından biridir.

9.Mədəaltı vəzin xərçəngi

Daxili orqanların yağlanmasına səbəb olduğu üçün mədəaltı vəzin xərçənginə gətirib çıxara bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm