Şərtlərini öyrənin, yay pəhrizinizi seçin!
Bizi izləyin

Sağlamlıq

Şərtlərini öyrənin, yay pəhrizinizi seçin!

Arıqlamaq və ideal çəkidə qalmaq müasir dövr insanının ən çox əhəmiyyət verdiyi mövzulardan biridir. Milyonlarla insanın qüsursuz görünmək həvəsindən istifadə edən diyetoloqlar da fürsətdən istifadə edərək demək olar ki, hər il yeni bir pəhriz növü yaradırlar.

Bu pəhrizlərdən özünüzə uyğun olanı tapmaq elə də asan deyil. Yay mövsümündə bir az arıqlamaq, çimərlik geyimində özünü mükəmməl hiss etmək istəyən hər bir kəs Publika.az-ın təqdim etdiyi pəhrizləri sınaqdan çıxara bilər.

Sizin üçün hazırda dünyada ən populyar olan pəhriz növlərini araşdırmışıq:

“South beach” pəhrizi

Gün ərzində 3 əsas, 2 ara yeməkdən ibarət pəhriz sistemidir. Pəhrizlə yanaşı idmanla məşğul olmaq da əhəmiyyət daşıyır.

Bikini pəhrizi

Sağlam qidalanmaqla yanaşı idmanın da əhəmiyyətini vurğulayan pəhrizdir. Bu pəhriz az kalorili qidalar yeməyi təlqin edir.

Karatay pəhrizi

Karatay pəhrizinin qaydaları digər pəhrizlərə nəzərən daha asandır. Əsas şərt qlisemik indeksi aşağı olan qidalar yeməkdir. Ona görə də bu pəhrizi saxlayanlar çətinlik çəkmədən arıqlaya bilirlər.

Dukan diyeti

Ən məşhur pəhrizlərdən biri sağlam qidalanma mütəxəssisi Pyer Dukanın adını daşıyır. Bu pəhrizdə yağı, duzu və şəkəri menyunuzdan çıxarmalısınız. Bol miqdarda yulaf kəpəyi yeməlisiniz. Pəhriz 4 mərhələdən ibarətdir: başlanğıc, gözləmə, gücləndirmə, qoruma.

Zülal pəhrizi

Bu pəhriz adətən 10 gün üçün nəzərdə tutulur. Hər gün ayrı bir zülal mənbəyi ilə qidalanmaq tələb olunur.

İsveç pəhrizi

İsveç pəhrizini maksimum 13 gün saxlamaq olar. Pəhriz 3 aydan bir təkrarlanır. Az kalorili, zülallarla zəngin qidalar yemək lazımdır. Məqsəd maddələr mübadiləsini sürətləndirməkdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm