Elektron siqaretlər daha faydalıdırmı?
Bizi izləyin

Sağlamlıq

Elektron siqaretlər daha faydalıdırmı?

İngiltərənin ən nüfuzlu səhiyyə qurumu Kral Tibb Akademiyası elektron siqaret haqqında yeni məlumatlar yayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kral Tibb Akademiyasının dərc etdiyi "Tüstüsüz nikotin: Tütün zərərinin azaldılması" hesabatında elektron siqaretlərin faydalı ola biləcəyini iddia edib. Hesabatda elektron siqaretlərin digər siqaretlərlə müqayisədə daha zərərsiz olduğu bildirilib. Akademiyanın müşahidələrinə görə, elektron siqaretlər siqareti tərgitməyə yardım edən vasitədir. Elektron siqaretlərin sağlamlığa verdiyi zərərlər tam müəyyən edilməsə də, tütünün verdiyi risklərdən 5 faizi keçməyəcəyi deyilir.

Hesabatı qiymətləndirən Kral Tibb Akademiyasının Tütün Şurasının sədri, professor Con Britton elektron siqaretin risklərinin və faydalarının bir çox mübahisəyə səbəb olduğunu deyib: “Bu məhsullar haqqında mövcud olan şübhələrin demək olar ki, hamısını bir tərəfə qoymaq lazımdır. Çünki elektron siqaretlər İngiltərədə siqaret istifadəsinin səbəb olduğu erkən ölüm, müxtəlif xəstəlik və sağlamlıqla bağlı yaranmış digər xəstəliklərin qarşısının alınması yolunda ciddi töhfə olacaq".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm