Qarpız tumu can dərmanıymış
Bizi izləyin

Sağlamlıq

Qarpız tumu can dərmanıymış

Publika.az xəbər verir ki, Çində yerli sakinlər qarpız tumlarını qurudub onun faydalarından bəhrələnir. Qarpız tumunu eyni ilə balqabaq və günəbaxan tumu kimi qovurub yemək də olar. Qarpız tumları bağırsaq qurdları üçün gözəl profilaktika sayılır. Qarpız tumunun tərkibinə fosfor, kalsium, sink, B qrupu vitaminləri daxildir.

Bu yazıda qarpız tumlarının 2 sadə səmərəli istifadə üsulu ilə tanış olacaqsınız.

Qarpız çayı resepti

İnqrediyentlər:

5 xörək qaşığı kal qarpız tumları

1 litr soyuq su

Hazırlanması:

Qarpız tumlarını əvvəlcə həvəngdə döyün, sonra qazana töküb üzərinə soyuq su əlavə edin. Su qaynayana qədər gözləyin. 45 dəqiqə ərzində qarpız tumlarını bişirin. Həlimi süzüb gündə 3 stəkan için. Qarpız tumu cövhəri gözəl sidikqovucu vasitədir, ondan tez-tez arıqlamaq üçün də istifadə edirlər. Bu içki prostat vəzi profilaktikası və müalicəsində də tətbiq edilir. Qarpız çayı hipertoniya problemini aradan qaldırıb təzyiqi normallaşdırır.

Bağırsaq qurdlarını təmizləyən cövhər

İnqrediyentlər:

Qarpız tumu

Yağsız süd

Hazırlanması:

Tumları sobada qurudub ovun və toz halına gətirin. 1 stəkan yağsız südə 1 çay qaşığı qarpız tozu tökün. Acqarına bu vəsaiti gündə 2 stəkan içmək lazımdır. 3 günlük müalicə profilaktika üçün kifayət edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm