Gündə 5 ədəd alça yemək... - İNANILMAZ FAYDALARI
Bizi izləyin

Sağlamlıq

Gündə 5 ədəd alça yemək... - İNANILMAZ FAYDALARI

Yayın ən çox sevilən meyvələrindən biri də alçadır. Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən danışıb.

Alça yeyərək hansı problemlərdən xilas ola biləcəyinizi öyrənmək üçün Publika.az-ın təqdim etdiyi məlumatlara mütləq nəzər yetirin.

*Yaşıl alça C, A vitaminləri, kalium, kalsium, maqnezium və dəmir mineralları ilə zəngindir.

*Aparılan araşdırmalar nəticəsində alçadakı antioksidantların digər meyvələrdəkindən ən az 10 dəfə daha güclü olduğu ortaya çıxıb.

*Alça liflə zəngin olduğu üçün qəbizliyin və mədə problemlərinin qarşısını alır.

*İmmunitet sistemini gücləndirir.

*Gündə 5 ədəd alça yemək diş ətlərinə faydalıdır.

*Arıqlamaq və əzələlərini gücləndirmək istəyənlər bol miqdarda yaşıl alça yeməlidir.

*Alça ağciyərlər üçün də faydalıdır. Araşdırmalar göstərib ki, yaşıl alça yeyənlərdə astma və ağciyər xərçənginə yaxalanmaq riski azalır.

*Alça tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini yaxşılaşdırır. Bu baxımdan yaşlı insanlar üçün ən faydalı meyvələrdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm