Hər il dünyada 2,5 milyon adam HİV virusuna yoluxur
Bizi izləyin

Sağlamlıq

Hər il dünyada 2,5 milyon adam HİV virusuna yoluxur

Hər il dünyada 2,5 milyon adam HİV virusuna yoluxur. Novator.az-ın məlumatına görə, bununla bağlı aparılmış tədqiqatın nəticələri “Lancet HIV” beynəlxalq tibb jurnalında dərc olunub.

Tədqiqatçıların qənaətinə görə, il ərzində HİV virusuna yoluxan adamların sayı 10 ildir eyni səviyyədə qalır. Bu virusa ən çox yoluxma 1997-ci ildə qeydə alınıb: 3,3 milyon nəfər.

Tədqiqat müəllifləri yazırlar ki, xəstəliyin qarşısının alınmasında irəliləyiş olmadığı üçün vəziyyət narahatlıq doğurur. Alimlərin fikrincə, müvafiq tibbi proqramların maliyyəsi kifayət qədər olmadığından vəziyyət pisləşə bilər. Ona görə də hökumətlər və beynəlxalq agentliklər 2030-cu ilə qədər QİCS virusunun yayılmasını dayandırmaq məqsədilə hər il tələb olunan 36 milyard dolların ayrılmasına nail olmalıdırlar.

“Frans Press” agentliyinin məlumatına görə, hazırda dünyada HİV virusuna yoluxmuş 38,8 milyon adam var. 2000-ci ildə bu göstərici 28 milyon olub. Amma getdikcə QİCS virusundan ölənlərin sayı azalır – bu göstərici ilə 1,8 milyondan 1,2 milyona düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm