Bu qadınların hamilə qalmaq şansı azdır
Bizi izləyin

Sağlamlıq

Bu qadınların hamilə qalmaq şansı azdır

Türkiyəli ginekoloq Aslı Alay hamilə qalmaq istəyən qadınlara D vitamini qəbul etməyi təklif edib.

Publika.az xəbər verir ki, həkim D vitamini çatışmazlığından əziyyət çəkən qadınlarda yumurta sayına təsir edən antimüllerian hormonun aşağı düşdüyünü söyləyib. Aslı Alay "Dolayısı ilə D vitamini çatışmazlığı qadınların hamilə qalmaq şansına mənfi istiqamətdə təsir edir" - deyə bildirib.

O, D vitamininin hamiləlik dövründə də vacib olduğunu vurğulayıb: “Hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur. Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir".

Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir: "Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır".


D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Bədəndəki bütün hüceyrələr üçün faydalı olan D vitaminini qəbul etməyin ən asan yolu günəş vannası qəbul etməkdir. Gün ərzində 30 dəqiqə günəşli havada gəzmək orqanizmi ehtiyacı olduğu D vitaminini ilə təmin edir. Açıq dərili insanlar üçün 10-15 dəqiqə də kifayətdir.

Günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur. Heyvan mənşəli məhsulların D vitamini baxımından zənginliyi isə heyvanın günəş şüasını nə qədər qəbul etməsi ilə bağlıdır. Bəs D vitamini ehtiva edən qidalar hansılardır?

D vitamini ehtiva edən yeməklərin siyahısını təqdim edirik:

Balıq yağı: D vitamini çatışmazlığının müalicəsindən ən çox istifadə edilən balıq yağı treska (morina) balığının ciyərindən alınır. Bu yağın tərkibi A və D vitamini ilə zəngindir. 100 qram treska yağı gündəlik D vitamini ehtiyacının böyük bir hissəsini ödəyir.

Balıq: Ton balığı, alabalıq və ya skumbriya D vitamini baxımından zəngin balıqlardır.

İstridyə: Ölkəmizdə çox geniş istifadə olunmasa da, istridiyə D vitamini baxımından ən zəngin yeməklərdən biridir.

Tofu və soya südü: D vitamini və kalsium baxımından çox zəngindir.

Yumurta: B12, zülal və D vitamini baxımından zəngindir. Gündəlik dəmir ehtiyacını bir yumurta yeyərək qarşılaya bilərsiniz.

Süd və süd məhsulları: Sümük inkişafı dedikdə ağla ilk olaraq süd və süd məhsulları gəlir. Çünki süd məhsulları D vitamini baxımından zəngindir. 1 stəkan tam yağlı süd gündəlik D vitamini ehtiyacının 13 faizini təmin edir.

Göbələk: D vitamini ehtiva edən qidalardan biri də göbələkdir. 100 qram göbələk gündəlik D vitamini ehtiyacının 7 faizi deməkdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm