• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

Bir il şəkər yeməsəniz, həyatınızda nələr baş verər?- FOTOLAR

Bir il şəkər yeməsəniz, həyatınızda nələr baş verər?- FOTOLAR

İş Şaub (Eve Schaub) adlı amerikalı qadın 1 il şəkər və şəkərli yeməklərdən imtina etdikdən sonra həyatındakı dəyişiklikləri qələmə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İv Şaub Amerikada yayılmış bir çox xəstəliklərin əsas səbəbinin şəkər olduğunu vurğulayıb: “Bir vaxtlar sağlam idim, ya da şəkərin zərərlərini öyrənənə qədər elə olduğumu düşünürdüm. Mütəxəssislərin çoxunun fikrincə, Amerikada köklük və piylənmənin əsas səbəbi şəkərdir. Bu mövzu haqqında daha çox araşdırma apardıqdan sonra deyilənlərəin çox məntiqli olduğunu dərk etməyə başladım. Hər yeddi amerikalıdan biri metabolizm problemlərindən, hər üç amerikalıdan biri isə piylənmədən əziyyət çəkir. Diabet xəstəlikləri sürətlə artır və ürək-damar xəstəliklər də Amerika əhaləsinin bir nömrəli qatilidir. Ən dəhşətlisi bu xəstəliklərin hamısının əsl səbəbi bizim yanlış qidalanma vərdişlərimiz, daha dəqiq desək, şəkərdir”.

İv Şaub şəkər haqqında bütün məlumatları öyrəndikdən sonra ailə üzvləri ilə birlikdə şəkərdən imtina etməyə qərar verdiyini yazıb: “Ailəmiz (mən, ərim və 6 və 11 yaşında iki uşağım) üçün bir il ərzində şəkərdən imtina etməyin nə qədər çətin olacağını bilirdim. Amma bunu etməli idik. Şəkər tozu, qənd, siroplar və ya meyvə suyu kimi əlavə şəkər ehtiva edən hər şeyi kəsməli idik. Şirin meyvələr istisna olmaqla, şirin heç nə yeyilə bilməzdik. Onu da qeyd edim ki, araşdırmalarda sosiska, toyuq suyu, salat sousu, duzlu çubuq, mayonez, basdırma, çörək və hətta uşaq qidalarının tərkibində də şəkər olduğunu öyrəndim. İstehsalçılar bu qidaları daha ləzzətli etmək, istifadə müddətini uzatmaq üçün onların tərkibinə şəkər əlavə edir.

Mənə dəli deyə bilərsiniz, amma bir il ərzində şəkərdən uzaq durmaqla böyük macəraya atıldım. Şəkər istəyi ilə nə qədər mübarizə aparacağım mənim üçün də maraqlı idi. Ancaq şəkərdən imtina etdikdən sonra özümü bu qədər yaxşı, gümrah hiss edəcəyimi qətiyyən gözləmirdim. Özümü inanılmaz dərəcədə enerjili hiss edirdim. Amma qaydalara əsasən, ayda bir dəfə şirniyyat yemək olardı, şirniyyatı hər kəs özü seçirdi. Ərimin doğum günündə çoxmərtəbəli bananlı tort sifariş vermişdik. Tortu yedikdən sonra özümü qəribə hiss etdim. Həm yediyim tort dilimindən zövq almadım, həm dişlərimi ağrıtdı, həm də onu sona qədər bitirə bilmədim. Hətta bundan sonra başım ağrımağa və qəlbim sürətlə döyünməyə başladı, özümü bərbad hiss etdim. Bir saat divanda uzandım. Zamanla damaq dadımızın dəyişməyə başladı və şirniyyatsız həyatdan daha çox zövq almağa başladığımızın fərqinə vardım. Beləliklə də, şəkərin sağlamlığın bir nömrəli düşməni olduğunu bir daha anladım”.

Bu ailə bir il şəkərsiz yaşadıqdan sonra il ərzində neçə gün qrip olduğunu hesablayıb. Məlum olub ki, bütün ailə üzvləri əvvəlki illərlə müqayisədə bu ili daha sağlam keçirib: “Sanki bədənim şəkərdən imtina etdiyim üçün mənə təşəkkür edirdi. Artıq enerji baxımdan heç bir narahatlığım yox idi. Daha qış aylarında qrip olmaqdan qorxmurduq. Artıq daha az xəstə oluruq və daha tez sağalırıq. Ən vacibi özümüzü daha güclü hiss edirik”.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR