Yaşıl çay dəri xərçəngini müalicə edir
Bizi izləyin

Sağlamlıq

Yaşıl çay dəri xərçəngini müalicə edir

Alimlər yaşıl çayın tərkibindəki kimyəvi maddədən dəri xərçənginin iki növünün müalicəsində istifadəsini mümkün hesab edirlər.

Alimlər yaşıl çayın tərkibindəki kimyəvi maddədən dəri xərçənginin iki növünün müalicəsində istifadəsini mümkün hesab edirlər.

Əgər çay sadəcə içilərsə, bu zaman müalicənin effekti maddənin dozasının çox az olmasına görə hiss edilmir. Ancaq laboratoriya şəraitində onun xərçəng hüceyrələrinə çəkilməsi zamanı hüceyrələrin üçdə ikisi azalır və ya yox olur. Stratklayd və Qlazko universitetlərinin alimləri yaşıl çayın tərkibindəki epiqallokathin qallat maddəsinin başqa hüceyrələrə mənfi təsir görtərmədiyini və əlavə təsir vermədiyini müəyyən ediblər.

Sınaqlar karsinoma və melanoma xərçəng hüceyrələri üzərində aparılıb. Stratklayd Unibersitetindən doktor Kristina Dufesin sözlərinə görə, əldə olunan nəticələr çox ümidvericidir. "Apardığımız tədqiqatlar bir çox ölkələrdə son dərəcə ölümcül xəstəliklərdən birinin yeni müalicə metodları üçün böyük addım ola bilər. Çünki bizim metodumuzdan istifadə zamanı xərçəng hüceyrələri nəzərəçarpacaq dərəcədə azalır və ya tamamilə məhv olur.

Qeyd etməyə dəyər ki, tibbi mətbuatda yaşıl çayın çoxlu yeni faydalı xassələri haqqında müntəzəm şəkildə yazılar dərc olunur. Məlumdir ki, yaşıl çayın tərkibində böyük miqdarda antioksidantlar mövcuddur. Bu birləşmə xəstəliklərin inkişafına yol açan hüceyrə zədələnmələrindən müdafiə etməyə qadirdir. Habelə yaşıl çay xolesterinin ümumi göstəricilərini və "pis xolesteri"nin səviyyəsini başqa vasitələrlə müqayisədə 5-6 vahid çox azaldır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm