Alimlər ömrü uzatmağın SİRRİNİ TAPDI
Bizi izləyin

Sağlamlıq

Alimlər ömrü uzatmağın SİRRİNİ TAPDI

ABŞ alimlərinin araşdırmalarına görə, bədən temperaturu yaşayış müddəti ilə bağlıdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hormonal dəyişikliklər insan orqanizmində ona gətirib çıxarır ki, o hər zaman soyuqdan donur. Bu, böyük narahatçılıq yaradır, lakin məlum olub ki, sağlamlıq üçün faydalıdır.

Vaşinqton Universitetinin mütəxəssisləri sübut edib ki, daim üşütmədən əziyyət çəkən insanlar bir qayda olaraq daha çox yaşayır. Hormonal dəyişikliklər səbəbindən onların orqanizmində metabolizm ləngiyir. Bu da enerji və bədən istiliyini saxlamağa imkan verir.

Ekspertlərin bu tədqiqatının gedişində o da sübut olunub ki, kalori istehlakının azaldılması ömrü uzadır. Eksperiment zamanı 24 və 50 yaş arasında olan kişilərə və qadınlara termometr həblər verilib. Qrupun bir hissəsi gündəlik kalori qəbulunu 25% azaldıb, digərləri isə qida rasionunu azaltmayıb, amma əvəzində idmanla fəal məşğul olub. Temperaturun aşağı düşməsi təkcə kalori istehlakının azaldığı qeydə alındığı birinci qrupun iştirakçılarında müşahidə olunub. Alimlər orqanizmin bu iş prinsipinə əsaslanaraq, ömrünün uzadılması üçün preparatlar yaratmağı planlaşdırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm