Sağlamlıq
Doğuşu ağırlaşdıran əsas XƏSTƏLİKLƏRİN ADI AÇIQLANDI
Azərbaycanda tibb müəssisələrində qeydə alınan hamilə qadınların doğuşunu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb.
Publika.az xəbər verir ki, Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəlik anemiyadır. Ötən il 22435 qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub.
Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.
Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 27397 hamiləliyi başa çatan qadında anemiya olub.
Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 6567 qadında rast gəlinib.
Qadınların 2679-nun doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 2263-Nə venoz fəsadları, 1138-Nə sidik-cinsiyyət sisteminin
xəstəlikləri səbəb olub. Bununla yanaşı, ötən il Azərbaycanda 703 qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 198-nin doğuşunun ağırlaşmasına isə şəkərli diabet səbəb olub.
Ötən il Azərbaycanda tibb müəssisələrində 130830 qadının hamiləliyi başa çatıb ki, onların 123078-nin doğuşu vaxtında, 4714-nün doğuşu isə vaxtından əvvəl (28-36 həftə) olub.
Qeyd edək ki, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü illərdə isə 25 olub. (Trend)
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...