Sağlamlıq
Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları - özünüzü yoxlayın!
Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə kifayət qədər tez-tez rast gəlinir. Qalxanvari vəzi xəstəlikləri bir çox hallarda uzun müddət ərzində gizli inkişaf edir.
Publika.az saglamolun.az-a istinadən bildirir ki, əksər hallarda insanlar özündə qalxanvari vəzi xəstəliklərinin müəyyən simptomlarını müşahidə etdikdə onları digər xəstəliklər və pozulmalarla (sinir, ürək, mədə-bağırsaq sistemi xəstəlikləri və s.) əlaqələndirirlər. Nəticədə çox təhlükəli vəziyyət yaranır. Xəstə vaxtında həkimə müraciət etmir, xəstəlik daha da inkişaf edir, müxtəlif orqan və sistemlərə "vurur", orada pozulmalar yaradır. Son araşdırmalar göstərir ki, orqanizmdə qalxanvari vəzi hormonlarının artması ürəyin ani dayanmasının riskini xeyli artırır.
Sizə qalxanvari vəzi xəstəliklərinin bəzi gizli simptomlarını
təqdim edirik. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq
həkimə müraciət edin:
- səbəbsiz əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi və ya
daim pis əhval-ruhiyyə
- zəiflik, yorğunluq
- saçların tökülməsi
- ürək fəaliyyətində müxtəlif pozulmalar (aritmiya, taxikardiya),
arterial təzyiqin tez-tez dəyişilməsi
- səbəbsiz qəbizlik və ya ishal
- bədən çəkisinin səbəbsiz artması və ya azalması
- qadınlarda menstrual dövrünün pozulmaları, sonsuzluq.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?