Yuxumuza haram qatan ORQANLAR – FOTO
Bizi izləyin

Sağlamlıq

Yuxumuza haram qatan ORQANLAR – FOTO

Hər axşam müəyyən saatda yatırıq. Bu zaman nə olur, bizim orqanizmimizlə nə baş verir, bunu düşünsək belə yorularıq. O zaman bunu öyrənmək, düşünməkdən daha yaxşıdır. Çin təbabətində “orqanizmin bioloji saatları” deyilən bir anlayış var.

Publika.az bildirir ki, bu zaman bölgüsünə görə gecəyarı şirin yuxudan oyanma səbəbimizin hansı orqanla əlaqəli olduğunu təxmin edə bilərik.

Orqanizmin energetik saatları təsvir olaraq bu cür görünür.

Bəs bunlar nə anlama gəlir?

1. Siz 21.00 - 23.00 saatlarında oyanırsınız?

Bu aralıqda qan damar sisteminin aktivləşməsi baş verir. Əgər sizə bu saatlarda yatmaq çətindirsə, deməli, sizin immun sisteminizdə, böyrəküstü və qalxanabənzər vəzinizdə problem var. Yaxud da daxili çəkişmə, stress halındasınız.

2. Siz 23.00 - 01.00 saatlarında oyanırsınız?

Bu zaman kəsiyində öd kisəsinin aktivliyi müşahidə edilir. Bu orqan gün ərzində sərf edilməyən yağların emalına cavabdehdir. Əgər siz gecənin bu vədəsində yuxudan durursunuzsa, deməli, qida rasionunuzda daha sağlam yağlardan istifadə etməlisiniz. Bu saatlarda yuxu probleminizin səbəbi özünüzü və ya başqalarını nədəsə ittiham etməniz də ola bilər.

3. Siz 01.00 - 03.00 saatlarında oyanırsınız?

Bu aralıqda qara ciyərlərin aktivliyi müşahidə edilir. Bu saatlarda oyanırsınızsa, deməli, siz qaraciyərinizi çox yükləyirsiniz. Spirtli içkilərdən uzaq olmaq, düzgün qida qəbul etmək lazımdır ki, mümkün problemlərdən kənarda qala biləsiniz. Kin, qəzəb və günah hissi də bu saatlarda yatmağa mane ola bilər.

4. Siz 03.00 - 05.00 saatlarında oyanırsınız?

Bu saatlarda ağ ciyərlər digər orqanları təmin etmək üçün oksigen toplayır. İnsanlar bu zaman aralığında həmçinin üzüntü və dərin kədər də yaşayırlar. Bu artıq depressiyanın parlaq əlamətidir. Vəziyyəti düzəltmək üçün düzgün qidalanmaq və daha çox təmiz hava qəbul etmək lazımdır.

5. Siz 05.00 - 07.00 saatlarında oyanırsınız?

Bu saatlarda yoğun bağırsağın aktivləşməsi prosesi gedir. Tualetə getmək istəyinin sizi oyatması normaldır. Bunu aradan qaldırmaq üçün çox miqdarda su için. Emosional vəziyyətinizi çıxılmaz durum olaraq qiymətləndirməyiniz və ya həyatın axınına qarşı səbirsizliyiniz də buna səbəb ola bilər.

İndi siz problemlərin harada gizləndiyini bilirsiniz. Onların aradan qaldırılmağın və şirin yuxuların qayğısına qala bilərsiniz.

Rahat yatın və sağlam olun!

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm