Beyin məşqi üçün bunları edin
Bizi izləyin

Sağlamlıq

Beyin məşqi üçün bunları edin

10 il bundan əvvəl Amerikalı neyrobioloq Lorens Kats və yazıcı Menninq Rubin beyni məşq etdirmək üçün çox effektli metodika hazırlayıblar.

Bu metodikanın adı "neyrobika"dır. Metodikanın əsas prinsipi - "gündəlik işlərdə yenilik".

İnsan hər gün eyni işləri görür və bu da beyinin fəaliyyətinə mənfi təsir edir - yaddaş, diqqət, təfəkkür zəifləyir. Bunun qarşısını almaq üçün beyinə daim məşq, yenilik lazımdır.

Neyrobikanın müəllifləri beyni məşq etdirmək üçün bu kimi tövsiyər verir:

- İşə gedəndə yeni marşrutlardan istifadə edin.

- İş yerinizdə tez-tez yeniliklər edin (əşyaların yerini dəyişin, köhnə əşyaları yeniləri ilə əvəz edin).

- Dişlərinizi sağ əlinizlə yox, sol əlinizlə yuyun, düymələri sol əlinizlə bağlayın, kompütürdə işlədikdə mətni sol əlinizlə yığın və s.

- Yarasa məşqi. Evdə gözü yumulu gəzin və bəzi işləri gözü yumulu görün.

- Saç düzümünüzü, makiyajınızı, geyim stilinizi dəyişin.

- Evdə mebellərin yerini dəyişin, yeni yeməklər bişirin və s.

Belə məşqlər həmçinin sinir hüceyrələrin bərpa proseslərini sürətləndirir. (saglamolun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm