Plastik cərrahlar Bakıya gəlirlər
Bizi izləyin

Sağlamlıq

Plastik cərrahlar Bakıya gəlirlər

Plastik cərrahlar Bakıya gəlirlər

31 may - 1 iyun 2014-cü il tarixdə Bakıda "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" beynəlxalq konfransı keçiriləcək.

Publika.Az xəbər verir ki, konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin Azərbaycan Tibb Universiteti və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssisləri ilə yanaşı, yerli mütəxəssislər də iştirak edəcək.

Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. İki gün davam edəcək konfrans Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Kilinikasında keçiriləcək. Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm