Sağlamlıq
Qoyun ətinin orqanizmə misilsiz FAYDALARI
Bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər.
Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi, qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar.
İnsanlar əsasən qoyun ətinin yağlı və piyli olmasına görə bu
ətdən istifadə etməkdən çəkinirlər. Ancaq bu düşüncədə olanlar
nəzərə almırlar ki, qoyun ətində olan piy, daha çox istifadə olunan
mal ətindəki piydən iki dəfə azdır.
Mütəxəssislərin bununla bağlı töfsiyələrini diqqətə çatdırır.
Cəmisi 100 qram qoyun ətinin tərkibinə nəzər yetirsək görərik ki,
bu tərkibdə olan maddələr insan orqanizmi üçün nə qədər
zəruridir:
Su - 59.47 q.
Zülal - 16,56 q.
Fat - 23.41 q.
Karbohidratlar - 0 q.
Vitamin B1 - 0.11 mq.
Vitamin B2 - 0.21 mq.
Vitamin B3 - 5.96 mq.
Vitamin B5- 0.65 mq.
Vitamin B6 - 0.13 mq.
Vitamin B9 - 0.18 mq.
Vitamin B12 - 0.31 mq.
Vitamin E - 0.2 mq.
Vitamin D - 0.01 mq.
Vitamin K - 0.36 mq.
Kalium - 222 mq.
Kalsium - 16 mq.
Maqnezium - 21 mq.
Sodium - 59 mq.
Fosfor - 157mq.
Iron - 1.55 mq.
Manqan - 0.19 mq.
Mis - 0.10 mq.
Sink - 3.41 mq.
Selenium - 0.18 mq.
Bəs bu zəngin tərkiblə qoyun ətinin insan üçün faydaları nədən
ibarətdir?
İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən
çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın.
Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin
miqdarını aşağı salmaq mümkündür.
ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki,
gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi
miqdarının aşağı düşməsinə gətirib çıxarır. Amma unutmayaq ki,
söhbət yağsız qoyun ətindən gedir. Alimlərin apardığı eksperiment
nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna
sutka ərzində 100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir
müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı
düşüb.
Qoyun ətindən istifadə zamanı ikinci bir məsələni də diqqətdə
saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan,
şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan
istifadə etmək lazımdır ki, ətin tərkibindəki yağın maddələr
mübadiləsində normal nizamlanmasına şərait yaratsın.
Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş
enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.
Digər faydalı qida məhsulları kimi qoyun ətindən istifadənin də əks
göstəriciləri var. Həzm sistemində problem olanlara, artrit
xəstəliyindən əziyyət çəkənlərə, piylənmə problemi olan insanlara
qoyun ətindən istifadə məhdudlaşdırılmalıdır. Xüsusilə oturaq həyat
tərzindən yaxa qurtara bilməyən insanlar qoyun ətindən
istifadə etməməlidirlər. Çünki bu artıq çəkinin yaranmasına səbəb
ola bilər. Ən başlıcası isə qoyun ətindən qədərində istifadə
olunmalıdır. (modern.az)
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO