
Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən
gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir.
Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma,
zeytun, üzüm, nar)
Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi
minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki
kalium və natrium (biri hüceyrənin içində, biri çölündə)
bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların
rahat daxil olmasına şərait yaradar.
Publika.az fizulihuseynov.com-a istinadən bildirir ki, nar yeyən
insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə
bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə
yığılmış artıq maye (ödemlər) xaric olunur.
Nar ürək qan-damar sistemini qüvvətləndirir, ürək əzələsinin vurma
gücünü artırır.
İbni Sina demişdir: əgər böyrəklərinizdə iltihab varsa, şirin
nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi
gözə çəkin.
Nar ishalın qarşısını alır.
Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy
gəlmələrdə nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadın
qarqara edin.
Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar
şirəsini qaynadaraq yarısını buxarlandırın yarısı qalanda bir o
qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bunu
babasil üzərinə kompress edin, tez bir zamanda babasil keçəcəkdir
İnşaAllah.
Nar çox yaxşı qurdqovucudur.
Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb
qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyyələrə sürtün.
Öskürək zamanı şirin nar bol yeyin, şirin nar öskürəyi kəsər,
ağciyərləri təmizləyər. Turş nar isə ürəkbulanmanı götürər,
sidikqovucu təsir edər, mədə və qida borusundan qaynaqlanan ağızdan
gələn iylərin qarşısını alar.
Öd durğunluğu zamanı turş nar yemək faydalıdır.
1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə
qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı sağalmaz ağız və
damaq yaralarında üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı
zamanı şişmiş yerin üzərinə çəkəndə iltihab sorulur.
Nar yüksək xolesterini aşağı salır, damarların içini təmizləyir,
beyin qan-dövranını yaxşılaşdırır, yaddaşı və hafizəni gücləndirir,
qanı durulaşdırır, tez-tez ürək döyüntülərini normallaşdırır.
Nar qabığını suda 5 dəqiqə qaynadın, bir az bal əlavə edib
bağırsaqdakı yaraları (koliti) müalicə edə bilərsiniz və bu qarışım
çox güclü ishalkəsicidir.
Şirin nar qabığını qurudun, kofemolkoda üyüdüb toz halına salın,
sulu yaralar zamanı yaranın üzərinə tökən zaman yaralar həm
sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb
yaraların üzərinə vura bilərsiniz.
Saç ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığı
tozu, 1 çay qaşığı mixək tozu, 100 qram rafinə olmamış zeytun
yağına qarışdırıb gündə 1 dəfə başınıza vurun, 3 saatdan sonra
yuyun.
Nar suyu ilə sirkəni qarışdırıb qaynadın, bununla sızanaqları
müalicə edə bilərsiniz.
Çalışın narın şirəsini yox özünü yeyin, çünki nar şirəsi çox
büzüşdürücü xassəyə malik olduğundan qəbizlik verə bilər, özünü
yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər
xəstələrinin istifadə edə biləcəyi ən yaxşı meyvədir.