Düzgün yemədikdə sağlamlığa ziyan vuran 11 faydalı məhsul - - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Düzgün yemədikdə sağlamlığa ziyan vuran 11 faydalı məhsul - - FOTOLAR

Düzgün yemədikdə sağlamlığa ziyan vuran 11 faydalı məhsul

Biz acan kimi süfrədə olan bütün nemətlərin dadına baxmaq istəyirik. Və burda pis heç nə yoxdur. Amma yeməkdən sonra biz diskomfort hiss edirik, nəticədə köp yaranır, sancılar olur, tədricən isə artıq çəkiyə gətirib çıxarır.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, bütün bunların elmi izahları var. Məhsulları düzgün bölə bilsəniz, onda sizin orqanizm zərər deyil, onlardan maksimum fayda əldə edəcək.

1. Kəsmik

1

Ən yaxşı vaxt - günorta:

Həzmə kömək edir;

Həzm sistemini sakitləşdirir.

Pis vaxt - gecə:

Əgər siz soyuqdəymədən əziyyət çəkirsinizsə, onda xüsusilə tövsiyə edilmir. Çünki bəlğəmin yaranmasına kömək edir.

2. Düyü

1

Ən yaxşı vaxt - günorta:

Gündüz maddələr mübadiləsi daha sürətlə işləyir və karbohidratlardakı bütün kalorini yandırmağa imkan verir.

Pis vaxt - gecə:

Köklüyə səbəb olur.

3. Alma

1

Ən yaxşı vaxt - səhər:

Sellüloza sayəsində alma mədə-bağırsaq traktının yaxşı işləməsinə kömək edir və qəbizliyin qarşısını alır;

Almada olan petkin maddəsi kanserogen maddələri aradan qaldırır.

Pis vaxt - axşam və yatmazdan qabaq:

Üzvi turşular mədədə yüksək turşluq və diskomfort hissi yaradır;

Petkin mədə-bağırsaq sistemi üçün gecə saatlarında yük təsiri yaradacaq.

4. Şirniyyat

1

Ən yaxşı vaxt - səhər:

Orqanizm istehsal etdiyi insulin şəkərlə səhərlər daha yaxşı mübarizə aparır;

Qəbul etdiyiniz kalorini bütün gün ərzində yandırmaq imkanlarınız çox olacaq;

Pis vaxt - gecə:

Orqanizmdə şəkər toplanması çəki yaradır;

Şəkər həzm sisteminə qıcıqlandırıcı təsir göstərərək narahat yuxuya səbəb olacaq.

5. Banan

1

Ən yaxşı vaxt - nahar:

Sellülozanın yüksək olması sayəsində banan həzmə kömək edir;

Banan turşululuğun qarşısını alır, mədə qıcqırmasını neytrallaşdırır.

Pis vaxt – gecə:

Selik yaranmasına və soyuqdəyməyə gətirib çıxara bilər;

Acqarına yeyilən banan yüksək maqnezium tərkibinə görə, nasazlığa gətirib çıxara bilər.

6. Ət

1

Ən yaxşı vaxt - günorta:

Ət ən çətin həzm olunan məhsuldur;

Ətdə zülal yüksək olduğu üçün fiziki qüvvələrin artmasına səbəb olur və konsentrasiyanı artırır.

Pis vaxt - gecə:

Gecə yeyilmiş zülal həzm sisteminə əlavə yük təsiri göstərir və narahat yuxuya səbəb olur.

7. Paxla

1

Ən yaxşı vaxt - gecə:

Sellülozla zəngin olan paxla, lobya və mərci həzmə kömək edir və xolesterinin səviyyəsini aşağı salır;

Tədqiqatlar sübut edib ki, onlar yaxşı yatmağa kömək edir.

Pis vaxt - səhər:

Səhər və gündüz sellülozla zəngin paxla yemək iştahanı açır, dolayısı ilə daha çox yeməyə sövq edir.

8. Qoz

1

Ən yaxşı vaxt - gecə:

Onda Omeqa-3 yağlar və antioksidantlar bir çox faydalı maddələr var.

Sübut edilib ki, onlar beynin vəziyyətini yaxşılaşdırır.

Pis vaxt – səhər/gündüz/gecə

Bu zaman yeyilən qoz ləpəsi bədənə az fayda verəcək.

9. Əncir və ərik

1

Ən yaxşı vaxt - səhər:

Maddələr mübadiləsini sürətləndirir;

Həzm sistemini yaxşılaşdırır;

Pis vaxt - gecə:

Qazların yaranmasına və mədə pozğunluğuna gətirib çıxarır.

10. Pendir

1

Ən yaxşı vaxt - səhər erkən:

Bəzi vegetarianlar üçün ətin əla əvəzləyicisidir.

Müəyyən miqdarda yeyildikdə qarın köpü və artıq çəkinin qarşısını alır.

Pis vaxt - gecə:

Çətin həzm olunduğu üçün artıq çəkiyə səbəb ola bilər.

11. Süd

1

Ən yaxşı vaxt - gecə:

İlıq süd orqanizmi sakitləşdirir və yuxunu yaxşılaşdırır.

Pis vaxt - səhər:

Süd sonra qəbul etdiyimiz qidaları həzm etməkdə çətinlik çəkə bilər.

Əlbəttə, heç kəs sizi məhz belə qidalanmağa məcbur edə bilməz, amma xəbərdar etmək bizim əsas vəzifəmizdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm