Bədənimizdəki bu bakteriyalar bizi xərçəngdən qoruyur
Bizi izləyin

Sağlamlıq

Bədənimizdəki bu bakteriyalar bizi xərçəngdən qoruyur

Bağırsaqlarımızda trilyonlarala bakteriyalar yaşayır.

Bağırsaqlarımızda trilyonlarala bakteriyalar yaşayır. Elmdə onların yalnız 10% araşdırılıb, digərləri mikrobioloqlar üçün sirr olaraq qalır.

Xarici mətbuatın məlumatına görə, Texas Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı insan orqanizmində yaşayan və orqanizmə güclü xərçəng əleyhinə təsir edən bakteriyalar aşkar ediblər.

Ruminococcus bakteriyaları bağırsaqlarda yaşayır və burada əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Alimlər gələcəkdə Ruminococcus bakteriyaları bu təsirini xərçəngin müalicəsi və profilaktikasında istifadə etməyi planlaşdırır.

Ümumiyyətlə, bağırsaqların mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır. Xüsusilə bu, immun sisteminin fəaliyyətinə aiddir. Sağlam, normal bağırsaq mikroflorası sağlamlığımızın əsas təməllərindən biridir. (saglamolun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm