Sağlamlıq
Turşuların orqanizm üçün 5 ZİYANI
Müxtəlif turşular bizim mətbəximizin ayrılmaz bir hissəsidir, onları hamı xoşlayır. Lakin turşuların çoxlu miqdarda qəbulu sağlamlıq üçün çox ziyanlıdır.
Publika.az sizə turşuların 5 ziyanını təqdim edir.
1. Turşulara çoxlu miqdarda duz əlavə olunur. Duzun tərkibinə natrium daxildir. Az miqdarda bu maddə orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Lakin çoxlu miqdarda qəbul olunduqda natrium orqanizmdə mayeni saxlayır və bu da orqanizmdə dövr edən qanın miqdarını artırır. Nəticədə ürək-damar sistemi çox gərgin rejimdə işləyir, ödemlər əmələ gəlir, arterial təzyiq qalxır.
2. Turşulara çoxlu miqdarda duz, müxtəlif ədviyyatlar və sirkə daxildir. Bu 3 inqrediyentin qidalanmada çox olması mədə-bağırsaq sisteminə olduqca mənfi təsir edir - selikli qişaları zədələyir, iltihab yaradır, xoraların əmələ gəlməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, xora vaxt keçdikcə xərçəngə çevrilə bilər.
3. Turşular iştahanı artırır və insan daha çox qida qəbul edir. Bu isə artıq çəkinin yığılmasına səbəb olur.
4. Duzun artıqlığı qaraciyər üçün çox təhlükəlidir. Bu qaraciyərdə fibroz proseslərinin (çapıqların əmələ gəlməsi) inkişafına səbəb olur. Qaraciyərin fibrozu vaxt keçdikcə sirroza gətirib çıxardır.
5. Duz orqanizmdən kalsiumun yuyulmasına səbəb olur ki, nəticədə bizim sümüklərimiz daha zəif və kövrək olar. Bu yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ