BMT-nin Azərbaycanla bağlı dəhşətli hesabatı - İİV virusu
Bizi izləyin

Sağlamlıq

BMT-nin Azərbaycanla bağlı dəhşətli hesabatı - İİV virusu

Azərbaycanda İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxanların 40 faizindən az hissəsi müalicə kursu keçir.

Report xəbər verr ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının yeni hesabatında deyilir.

Hesabata görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV-ə yoluxanların müvafiq olaraq 45-89 faizi öz statusundan xəbardardır. Eyni zamanda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Ukrayna və Tacikistanda sözügedən xəstəliyə yoluxan insanların 40 faizə qədəri müalicə kursu keçir.

Bildirilir ki, bu gün dünyada 37 milyon İİV xəstəsi var və onların cəmi 18,2 mln. nəfərinin antiretrovirus terapiyası etdirmək imkanı var.

Qeyd edək ki, dünyada hər gün 6 min nəfər İİV-ə yoluxur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm