Sağlamlıq
Sabun ömrü qısaldır
Alimlər antibakterial sabunlardan istifadənin insanların ömrünü qısaltdığını bildirirlər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, sabundakı antibakterial və gigiyenik təsirli kimyəvi tərkiblər ömrü qısaldır. Siçovulların üzərində aparılmış təcrübə nəticəsində məlum olub ki, yedirmə dövründə triklokarban maddəsinin təsirinə məruz qalan siçovulların ömrü nəzərə çarpacaq dərəcədə qısalır.
Tədqiqata əsasən inkişafın erkən mərhələsində - laktasiya
dövründə orqanizm triklokarbanın neqativ təsirinə məruz qalır.
Alimlərə görə, triklokarban kişi cinsindən olan siçovullarda artıma
və cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərə bilər.
Mütəxəssislər tədqiqat nəticəsində yedirmə dövründə və ya ana
bətnində bunun nəslə təsir edə biləcəyini müəyyən etməyə
çalışıblar.
Alimlər hamiləlik dövrünə görə siçovulları (siçovullarda 21 gün
davam edir) iki qrupa bölüblər. Birinci qrupu adi yemlə yediriblər,
digər qrupun yeməyinə triklokaban əlavə ediblər. İkinci qrup
siçovulların qanında 0,6 faiz triklokarban müşahidə olunub, bu, 15
dəqiqə ərzində duş qəbul etmiş insanın qanındakı triklokarban
maddəsinin miqdarına uyğundur. Nəticədə məlum olub ki, qida
vasitəsilə kimyəvi maddə qəbul edən siçovulların ömrü daha qısadır.
Bundan başqa, alimlər kimyəvi maddənin zərərli təsirini məhz
yedirmə dövrü ilə əlaqələndirirlər.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK