Şəkər sağlamlığa ziyandır
Bizi izləyin

Sağlamlıq

Şəkər sağlamlığa ziyandır

Şəkərdən imtina etmək sağlamlıq durumunu yaxşılaşdırır.

Amerikalı alimlər bildiriblər ki, şəkərdən imtina etmək sağlamlıq durumunu yaxşılaşdırır. Onlar 100-dən çox könüllünün iştirakı ilə tədqiqat aparıblar.

Publika.az xəbər verir ki, əvvəlcə tədqiqat iştirakçıları tibbi müayinədən keçiblər. Sonra istənilən formada şəkər 9 gün ərzində onların rasionundan çıxarılıb.

Təcrübə başa çatandan sonra alimlər könüllüləri yenidən müayinə ediblər. Məlum olub ki, eksperiment iştirakçılarının təzyiqi sabitləşib, insulin və xolesterini azalıb.

Tədqiqatın nəticələrinə əsaslanan tədqiqatçılar sağlamlıq durumunu düzəltmək üçün şəkərin vaxtaşırı rasiondan çıxarılmasını məsləhət görüblər.

Şəkərdən asılılığı isə düzgün qidalanmaqla, daha çox zülal və sellüloz tərkibli qidalar yeməklə azaltmaq mümkündür. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm