Depressiyanın əlacı - Bu variantı düşündünüzmü?
Bizi izləyin

Sağlamlıq

Depressiyanın əlacı - Bu variantı düşündünüzmü?

Tədqiqatda depressiya əlamətləri olan 61 könüllü iştirak edib.

Sən demə, depressiyadan əziyyət çəkən adam özünü yaxşı hiss etmək üçün sadəcə düzgün oturmalıdır. Bu faktı Yeni Zelandiyanın Oklend Universitetinin bir qrup mütəxəssisi müəyyən edib. Tədqiqatda depressiya əlamətləri olan 61 könüllü iştirak edib.

Publika.az xəbər verir ki, iştirakçılardan beş dəqiqəlik nitq söyləmək xahiş olunub. Sonra onların nitqi qiymətləndirilib.

Daha sonra könüllülərə 1022-dən 13-dək geriyə saymaq təklif edilib. Bununla da iştirakçıları stress vəziyyətinə salmağa çalışıblar. Eksperimentdən əvvəl iştirakçıları iki qrupa ayırıblar. Birinci qrup qamətini şax tutmalı (düz oturmalı), ikinci qrup isə istədiyi pozada oturmalı idi.

Məlum olub ki, ikinci qrupun üzvləri ilə müqayisədə düz oturan könüllülər az yorulublar və daha həvəslidirlər. Üstəlik, suallara daha ətraflı cavab veriblər, “mən” və “mənə” əvəzliklərindən daha az istifadə ediblər. Yəni onlar bütün diqqətlərini öz üzərlərində cəmləşdirməyiblər. Göründüyü kimi, şux qamət əhvali-ruhiyyəni yüksəldir. Doğrudur, alimlər müsbət effektin nə dərəcədə uzunmüddətli olduğunu aydınlaşdırmayıblar. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm