Sağlamlıq
Xərçəngin yeni risk faktoru

Süd vəzisindəki toxuma sıxlığının bədxassəli şişin əmələ gəlməsinin əsas səbəblərindən biri olduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, alimlər bu qənaətə 200 min amerikalı qadın üzərində aparılan tədqiqatın nəticəsində gəliblər. Araşdırmalarda iştirak edənlərin 18 minində döş xərçəngi aşkar edilib. Alimlər qadınları hüceyrə sıxlığı səviyyəsinə görə qruplara ayırıblar. A qrupuna daxil olanların sinələri tamamilə yumşaq piy hüceyrələrindən, D qrupunun iştirakçılarının isə ümumi döş toxumalarının təxminən 75 faizinin sıx vəzi toxumasından ibarət olduğu aşkarlanıb. Alimlər aparılan tədqiqatın nəticələrini daha öncə elmə bəlli olan risk faktorları ilə müqayisə edib, onların hər birinin bədxassəli şişin əmələgəlmə ehtimalına nə qədər təsir etdiyini hesablayıblar.
Nəticədə bəlli olub ki, digər amillərə nisbətən toxuma sıxlığı bədxassəli şişin əmələgəlmə ehtimalı artırır. Belə ki, hesablamalara görə menopauza dövrünə çatmamış gənc qadınların 39 faizində döş xərçənginin riskini toxuma sıxlığını azaltmaqla aradan qaldırılması mümkündür. (Azərtac)

-
Sosial11:58
Bu xanımlara yüksək vəzifə verildi
-
Rəsmi xronika11:15
Əliyevlə Paşinyanın təkbətək görüşü keçirilir
-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf