• USD 1,7000 0,00% EUR 1,9052 +0,23%
    • GBP 2,1644 +0,56% RUB 0,0264 +0,76%

Ev şəraitində sabun hazırlamaq - Qaydası

Ev şəraitində sabun hazırlamaq - Qaydası

Marketlərdə növbənöv sabunlar satılır. Zeytunlu yaşıl, moruqlu qırmızı, limonlu sarı və s.

Əslində bunlar hamısı süni əlavə və rənglərdir. Bəzən tərkibi belə bəlli olmur. Sabunların təkibində olan süni və kimyəvi əlavələrə fikir vermədən əllərimizi, hətta üzümüzü belə yuyuruq. Ona görə də əllərin, üzün dərisi öz təravətini itirir və tez qırışır.

Əksər vaxt ictimai yerlərdə bərk sabunlardan qoyulur. İnsanlar bunun riskli və təhlükəli olmasına diqqət etmədən istifadə edir. Mikroblardan uzaq olmaq üçün evdə də, ictimai yerlərdə də maye halda olan sabunlardan istifadə etmək daha səmərəlidir. Dərimizin gözəlliyini qorumaq üçün mütləq istifadə etdiyimiz məhsulların təkibinin təbii olmasına fikir verməliyik. Bunun üçün də baxaq görək maye sabun necə hazırlanır:

Paltar sabunu 72% - 1 stakan (rəndələnmiş)

Gicitkan yarpağı – 1 xörək qaşığı

Yaşıl çay – 1 x.q E vitamini – 5 kapsula

Qliserin – 1 x.q Badam yağı – 1x.q

Su – 2 litr İ

sti suyun içinə sabun tökülür taxta qaşıqla qarışdıra-qarışdıra qalan məhsullar əlavə edilir və qaynadılır. Qaynadıqda sabun artıq hazır sayılır.

Bura qatılan otları dəyişə də bilərsiniz. Əl və bədənə müsbət təsir edən otlar, yağlar əlavə edilə bilər. Məsələn: nanə, sürvə, çobanyastığı, lavanda otları, ərik, qoz, limon və.s yağları əlavə edə bilərsiniz. Qatılan otlarö ya paket şəkilində ya da tənizifin arasında tökün ki, suya dağılmasın. Sabun hazır olduqdan sonra otları atmaq lazımdır.

Publika.az

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR