• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Amerikalıların orta ömür müddəti azalır - Siz səbəbə baxın!

Amerikalıların orta ömür müddəti azalır - Siz səbəbə baxın!

Londonun İmperial Kollecinin alimləri Dünya Səhiyyə Təşkilatı ilə birgə 35 sənaye ölkəsində yaşam gözləntilərində 2030-cu ilə qədər baş verə biləcək dəyişiklikləri öyrənmək üçün apardıqları araşdırma zamanı orta ömür müddətinin artacağını müəyyən ediblər.

AZƏRTAC sciencedaily.com saytına istinadən xəbər verir ki, Koreya Respublikasında orta ömür müddəti 90 ili ötəcək.

Tədqiqatçılar ölkə sakinlərinin payına düşən ömür müddətini də hesablayıblar. Onlar 2030-cu ildə Koreyada doğulan zərif cins nümayəndələrinin 90.8 il, kişilərin isə 84.1 il ömür sürəcəyi qənaətinə gəliblər. Alimlər həmin vaxt 65 yaşı olanların nə qədər yaşayacağını araşdırarkən məlum olub ki, həmin yaşda olan hər kəs daha 27.5 il ömür sürə bilər. Mütəxəssislər bunu yaxşı qidalanma, normal qan təzyiqi, tütündən uzaq olmaq, səhiyyə xidmətlərinin yüksək səviyyəsi, yeni tibbi biliklər və texnologiyaların tətbiqi ilə əlaqələndiriblər.

Tədqiqatlar ABŞ sakinlərinin ən qısa ömür sürəcəyini də ortaya çıxarıb: qadınların 83.3, kişilərin isə 79.5 il yaşayacağı açıqlanıb. Onlar bunun əsas səbəbi kimi artıq çəki, universal səhiyyənin yoxluğu, uşaq və ana ölümünün yüksək səviyyəsini göstəriblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR