Səsini çıxart, deyim kimsən - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Səsini çıxart, deyim kimsən - ARAŞDIRMA

Səs də qrim kimidir, onun vasitəsilə bəzən qoca, bəzən də cavan görünmək mümkündür.

Son vaxtlar səs terapiyası tibbdə yeni istiqamət kimi formalaşıb. Səs terapiyasına bu qədər diqqəti ilk olaraq müğənnilər göstərsələr də, sonralar digər sahələrdən olan insanlar da səslərinin müalicəsinə maraq göstərdilər. Mütəxəssislər deyirlər ki, səs də qrim kimidir, onun vasitəsilə bəzən qoca, bəzən də cavan görünmək mümkündür.

Səs yaş artdıqca dəyişir – kallaşır, qalınlaşır. Maraqlıdır ki, kişilərdə yaşa dolduqca səs çökürsə, qadınlarda əksinə, dolğunlaşır. Bundan başqa səs insanın psixoloji vəziyyətindən, əhval-ruhiyyəsindən, qorxudan, xəstəlikdən və s. asılı olaraq dəyişə bilir. Amma qəribəsi də odur ki, səs insanın tərbiyəsindən də asılıdır. Burda Mövlanənin məşhur fikri yada düşür: “İnsanın nəyə gülməsindən onun səviyyəsini, necə gülməsindən tərbiyəsini bilmək mümkündür”.

Ruslar isə inanırlar ki, ananın səsi xırıltılıdırsa, övladında da belə səs olacaq. Hər insanın səsi isə barmaq izi kimi yalnız özünə məxsusdur, ikinci belə səs ola bilməz.

Son araşdırmalar isə göstərir ki, insanın səsindən onda şizofreniya olub-olmamasını da bilmək mümkündür. Ümumiyyətlə, daim ucadan danışmaq insanın isterik meyilliliyini göstərir.

Başqa bir maraqlı araşdırma da var: ərə getmək istəyən qadınların səsi güclü, yüksək olur. Ərə gedəndən sonra isə səs alçalır, kallaşır. Təcrübəli, bilgili insanlar da aşağı tonlu səslə danışırlar. Mütəxəssislər bildirirlər ki, səsi pis olan adam karyera qurmaqda əziyyət çəkir.

Amma elə sənət növləri var ki, səsi daha çox təhlükə qarşısında qoyurlar. Bunla müğənnilər, aktyorlar, müəllimlər, məşqçilər, polislər və s.dir. Səs stresdən, gərginlikdən, soyuqdan, qışqırmaqdan, eləcə də pis vərdişlərdən – siqaret və içkidən korlana bilər. Səsi qorumaq üçün ekspertlər məsləhər görürlər ki, nə çox yüksəkdən, nə də pıçıltı ilə danışılmasın, pis vərdişlərdən imtina edilsin.

Bundan başqa qazlı, isti, çox soyuq içkilər, sitrus bitkiləri, qoz-fındıq da səsi korlaya bilər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm