• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

Hamiləlik şansını artıran soğan suyunun FAYDALARI

Hamiləlik şansını artıran soğan suyunun FAYDALARI

Türkiyənin məşhur təbibi İbrahim Saraçoğlunun sözlərinə görə, hamiləlik şansını artıran məhsullar arasında soğan suyu var.

Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində soğan suyunun hamiləlik şansını artırdığı məlum olub.

Soğan suyu hamilə qalma şansını artırması ilə yanaşı bir çox xəstəliklərə müalicəvi təsir göstərir.

Soğan suyunun faydaları

Qadınlarda şokolad kisti və miyomaları müalicə edir.

Polikistik yumurtalıq sindromunun müalicəsində istifadə edilir.

Menstruasiya nizamsızlığının qarşısını alır.

Klimaks dövründə meydana gələn ağrıları minimuma salır.

Vajinal axıntıları müalicə edir.

Hamilə qalma şansını artırır.

Dəridəki qara nöqtə və sızanaqları müalicə edir.

Antibiotik təsirə malikdir.

Qan dövranı və immun sistemini tənzimləyir.

Yağlanmanı azaldır.

Bəlğəmgətiricidir.

Stress azaldıcı təsiri də var.

Sinusit inkişafına mane olur.

Bəs, bu müalicə necə aparılır?

Soğan suyunun resepti:

1 ədəd açıq qəhvəyi qabıqlı soğan

2 stəkan su (xlorsuz)

Soğanı qabıqlarıyla birlikdə istifadə edəcəyiniz üçün əvvəlcə yuyub bir müddət sirkəli suda saxlayın.

Bir qazanının içinə 2 stəkan suyu töküb qaynadın. Qaynadıqdan sonra dörd hissəyə ayrılmış soğanı qaynayan suyun içinə atın. Bu şəkildə də 5-6 dəqiqə qaynadın.

İstifadə etməzdən əvvəl azca soyumasını gözləyin.

Soğan suyunun hamiləlik şansını artırması üçün ən azı altı aydan bir 15 gün tətbiq etmək lazımdır. 15 günlük müalicə müddəti şərtdir.

Günorta və axşam yeməklərindən 10 dəqiqə əvvəl bir stəkan və ilıq halda içməlisiniz. Soğan suyunun hər gün yenisini hazırlanmalı və təzə halda istehlak edilməlidir.

İstifadə etdiyiniz soğan yuxarıda da qeyd etdiyimiz kimi açıq qəhvəyi qabıqlı olmalıdır. Bənövşəyi, qırmızı və ya ağ qabıqlı soğanlarda gözlənilən nəticəni verməyə bilər. Soğanlar təzə və cücərməmiş olmalıdır.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR