Sağlamlıq
Qəbizlikdən əziyyət çəkənlər oxusun! - SADƏ VASİTƏ
Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.
Qəbizlik diaqnozu o zaman qoyula bilər ki, defekasiya müntəzəm olmur, defekasiya aktı zamanı insan çox gücənməli olur və nəcis kütləsi quru, "qoyun qığı" şəklində olur. Əgər insan 2-3 gündən bir defekasiya edirsa, lakin bu zaman heç bir çətinlik çəkmir, gücənmir və nəcis kütləsi yumşaqdırsa, bu qəbizlik sayıla bilməz.
Publika.az saglamolun.az-a istinadən bildirir ki, əksər hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və maye qəbulu, nəcisi saxlamaq vərdişi, xroniki stress və s. olur. Qəbizliklə mütləq mübarizə aparmaq lazımdır. Qəbizlik orqanizmin intoksikasiyasına səbəb olur, xroniki qəbizlik babasil, duz bağırsağı xərçənginin riskini artırır.
Funksional qəbizlikdən azad olmaq üçün qidalanmada lifli qidaların (meyvə, tərəvəz, göyərti, paxla) miqdarını artırmaq, gün ərzində 1,5-2 l təmiz su içmək, hərəkətli olmaq lazımdır. Əksər hallarda bu sadə qaydalar qəbizliklə mübarizə etməyə kömək edir.
Sadə massaj da bu vəziyyətdə çox yaxşı kömək edə bilər. Bunun üçün bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində massaj edin.
Belə massajı səhər oyandıqdan dərhal sonra edin. Massajdan sonra 1 stəkan otaq temperaturunda olan adi su için və 30-40 dəqiqədən sonra səhər yeməyi yeyin.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!