Gecə vaxtı beyində nələr baş verir?
Bizi izləyin

Sağlamlıq

Gecə vaxtı beyində nələr baş verir?

“Hafizə arxiv”inə atmaq üçündür.

Alimlər beynin yuxugörməyə cavabdeh olan hissəsini araşdırıblar. Məlum olub ki, gündüzlər görmə qabiliyyətini tənzimləyən beynin arxa hissəsi axşamlar yuxugörməyə cavabdehdir.

Publika.az xəbər verir ki, mütəxəssislər bunun üçün 46 könüllü üzərində təcrübə aparıblar. Onlara elektrodla təmin olunmuş xüsusi şəpiklər geyindirilib ki, bu da beyin fəallığını və üz əzələlərinin hərəkətini ölçüb.

Həmçinin bəlli olub ki, gündüz insanın yaddaşına cavabdeh olan hissə də gecə aktivləşir. Bu, görünən yuxunu təkcə yadda saxlamaq üçün deyil, həm də “hafizə arxiv”inə atmaq üçündür.

Ona görə də alimlər düşünürlər ki, “yatmış” və “ayıq” beyin əslində bir-birindən fərqlənmir, sadəcə iş fəaliyyətinin şəkli dəyişir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm