Dodaqlarınızın quruluşu haqqınızdan çox şey deyir
Bizi izləyin

Sağlamlıq

Dodaqlarınızın quruluşu haqqınızdan çox şey deyir

Əgər dodaqlarınıza heç bir müdaxilə olunmayıbsa, yazılanları diqqətli oxuyun.

Ekspertlərin fikrincə, insan xarakterinin təyini zamanı üz cizgiləri, gözlər, baxışlar və hətta dodaqlar ən əhəmiyyətli xüsusiyyətlərdən xəbər verir. Onların fikrincə, şifahi şəkildə özümüzü ifadə etdiyimiz dodaqlar heç nə demədən də bizim haqqımızda qarşı tərəfə ismarıclar verə bilir.

Günümüzdə insanlar müəyyən prosedurlarla dodaqlarının quruluşunu dəyişdirirlər. Əgər dodaqlarınıza heç bir müdaxilə olunmayıbsa, yazılanları diqqətli oxuyun.

Publika.az sizə insan xarakterində önəmli rol oynayan 10 maraqlı dodaq quruluşunu təqdim edir:

Bu dodaq quruluşuna maliksinizsə, siz çox mərhəmətli, sevgi dolu insansınız. Daim kiminsə qayğısına qalırsınız. Analıq instinkti güclüdür. Siz istənilən gərgin vəziyyətdə sakit qala və digərlərini düşünə bilirsiz. İradəli və möhkəm xarakterli insansız.

Belə dodaqlara sahib olan insanlar dram sevən olurlar. Xaraktercə olduqca emosional, parlaq, cazibəli və gülərüzlükləri ilə seçilirlər. Yüksək özgüvən və qalibiyyət həvəsi güclü olur. Hər zaman diqqət mərkəzində qalmağı bacarırlar.

Çox dürüst insanlar olurlar. Bütün dünya ilə maraqlanırlar. Belə dodaqlara sahib insanlar həyatı şənliyə çevirməyi bacarır. Ünsiyyətcil, enerjik macərapərəst bu insanlar ətrafa yalnız müsbət enerji ötürür.

Bu dodaqların sahibi çox ağıllı insanlar olur. Ümumiyyətlə, bu dodaq quruluşu insanlar arasında çoxluq təşkil edir. Tənqidçi insan xarakteri üstünlük təşkil edir. Praktiki olaraq səhvlərini üzlərinə deyilməsindən xoşlanmırlar. Bütün bunlarla yanaşı sakit təbiətli və zarafatcıl olurlar.

İncə dodaqlara sahib insanlar bir qayda olaraq yalnızlığı sevirlər.Təklik onlar üçün hər şey deməkdir. İstənilən işin öhtəsindən gələ bilirlər. İnsanlarla ümumi dil tapmağı bacarırlar. Bu səbəbdən incə dodaqlı insanlar ətrafdakı hamını özünə cəlb edə bilir. Sözün yaxşı mənasında, hamını elə yaxşı yola verirlər ki, nə şiş yanır, nə kabab.

Yaradıcı xarakterə məxsus insanlardır. Bu dodaqlara sahib insanlar təbiəti sevir. Əksər hallarda onların ruhu rəssam və musiqiçi ruhuna daha yaxın olur. Ünsiyyətcil olsalar da, özlərini ifadə edəndə çətinlik çəkirlər. Sakit təbiətli olsalar da, şeytani xarakterlərə sahibdirlər. Həyatı qaydalarına görə oynamağa çalışırlar, bu zaman müəyyən qədər cığallıq etmiş olurlar.

Qaymaq dodaqlı insanlar rəhmli, həssas və xeyirxah olurlar. Kinli olmurlar. Heç nəyi ürəklərinə salmırlar. Bir az soyuqqanlı, bir az əhli-kef olan bu insanlar, eyni zamanda istedadlı olurlar. Hətta bəlkə də, onların sayəsində dünya daha maraqlıdır.

Yer üzündə, hətta bütün qalaktikada ən məsuliyyətli insanlar onlardır. Güvəniləsi insan olurlar. Həyatda "olmaz" anlayışını qəbul etməyən xarakterə sahib bu insanlar mümkünsüzü bacarırlar. Alman dəqiqliyi yaradılışlarında olur. Bu insanlar həyatda mənfiliklərə müsbət don geyindirərək həm özlərinə, həm də ətrafdakılara maraqlı gün yaşada bilirlər.

İşvəli və cəzbedici dodaqların sahibləri xaraktercə də eyni olurlar. Onlar üçün əsas prioritet şəxsi maraqlarıdır. Ən çox özlərini sevirlər. İlk baxışda eqoist görünsələr də, əslində heç elə deyil. Sadiq, yardımsevər, rəhmli insan olurlar. Həyatda nail olduqları hər şeyə prinsipləri ilə gələn bu insanlar anlayışlı olduqları qədər də sərtdirlər.

Dodaqların belə formasına sahibsinizsə, təkrarolunmaz insansız. Həyatda müvəffəqiyyətli, tutduğunu qoparan insansız. Bu insanlar həyat eşqi ilə dolu olurlar. Onlar heç kimlə müqaisə olunmağı sevmirlər. Tərs olduqları üçün onlarla heç kim küs qalmaq istəməz.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm