• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Yeməkdən sonra bunları etməyin - ölə bilərsiniz

Yeməkdən sonra bunları etməyin - ölə bilərsiniz

Yeməkdən sonra vərdiş halına saldığımız bəzi hərəkətlərimiz sağlamlığımız üçün olduqca ziyandır. Bu vərdişlər səhhətimizdə bərpası mümkün olmayan izlər belə qoymaq qabiliyyətindədir. Bəs onlar hansılardır və yeməkdən sonra nə etmək olmaz?

Mütəxəssislər sağlam həyat üçün bəzi davranışları qətiyyən etməməyi məsləhət görürlər. Publika.az həmin məsləhətləri təqdim edir:

Yeməkdən sonra kəməri boşaltmaq
Bu vərdiş bağırsaqlarda düyünlənməyə səbəb ola bilər. Vərdiş halına gətirilən bu davranış ciddi bağırsaq problemlərinə, hətta xərçəngə gətirib çıxara bilər.

Yatmaq
Dolu mədə ilə yatdıqda həzm çətinləşir. Bu isə bağırsaq iltihablanmalarına və mədə xəstəliklərinə yol aça bilər.

Meyvə yemək
Yeməkdən sonra yeyilən meyvə heç bir fayda vermir. Əksinə ziyandır. Meyvə mədənin hava ilə dolmasına yol açır. Meyvəni yeməkdən 1-2 saata sonra qəbul etmək məsləhətdir.

Çay içmək
Qidadan dərhal sonra qəbul edilən çay yeməkdən əldə edilən proteinin həzmini çətinləşdirir.

Duş almaq
Duş qan dövranını sürətləndirir. Bu isə mədə ətrafında qan miqdarını azaldır və həzmi yavaşladır.

Siqaret çəkmək
Araşdırmalar göstərir ki, yeməkdən sora çəkilən bir siqaret gün ərzində çəkilən bir qutu siqaret qədər ziyandır. Təbii ki, bu xərçəng riskinin dəfələrlə artması deməkdir.

Yürüyüş
Yeməkdən dərhal sonra gəzintiyə çıxsanız qəbul edilən vitamin və mineralların heç bir faydası qalmır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR