Axşama qədər oturanda orqanizmdə nələr baş verir?
Bizi izləyin

Sağlamlıq

Axşama qədər oturanda orqanizmdə nələr baş verir?

Nizamlı yuxu bədənin kütlə indeksi üçün olduqca əhəmiyyətlidir.

Gecə gec saatlara qədər oturmaq sadəcə yuxunun pozulmasına səbəb olmur. Bu davranış orqanizmdə müxtəlif sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb olur. Gecə müəyyən saatlarda bədəndəki orqanlar və hüceyrələr özlərini yeniləmə ehtiyacı duyur, bu baş vermədikdə bədəninizdəki sağlamlıq problemlərinin olmaması haradasa qeyri-mümkün hala gəlir.

Publika.az deyerler.org-a istinadən bildirir ki, nizamlı bir yuxu bədənin kütlə indeksi üçün olduqca əhəmiyyətlidir. Gecə gec saatlara qədər oturmaq metabolizm sürətinin ləngiməsinə səbəb olur. Bədəni yuxusuz qoymaqla, yata bilmədiyiniz gecənin səhərində oyanmaq istəyi olmayacaqq. Oyanmaq istəmədiyiniz hər yarım saatda çəkinin artması baş verir və insulin müqaviməti azalır.

Gecə gec saatlara qədər oturduqda qan təzyiqinizin ciddi bir artımı meydana gəlir. Bu hal gələcəkdə infarkt riskini və müxtəlif kardioloji narahatlıqları da yarada bilər.

Kifayət qədər yatan insanlarda yüksək qan təzyiqi, ürək xəstəlikləri və müxtəlif təzyiq xəstəlikləri müşahidə edilməsi sıxlığı çox azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm