Dərmanların qəbulunda yol verilən 5 kobud səhv - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Dərmanların qəbulunda yol verilən 5 kobud səhv - FOTOLAR

Meyvə şirəsi ilə içilən dərmanın farmakoloji təsiri dəyişir.

İnsanlar xəstəliklərin ən ağır dərəcəsindən sonra həkimə müraciət edir. Qəribə burasıdır ki, həkimin yazdığı müalicəyə düzgün riayət etməyən vətəndaşlar möcüzəvi nəticələr gözləyir. Dərmanların orqanizmə effektiv təsir göstərməsi üçün preparatların düzgün şəkildə və təyin olunmuş qrafiklə qəbul olunması mühüm şərtdir.

Publika.az dərmanların effektivliyini azaldan 5 kobud səhvi diqqətinizə çatdırır:

1. İnsanlar resepdəki ardıcıllığı gözləmədən əllərinə keçən ilk dərmanı içirlər. Bu heç də düzgün deyil. Bəzən dərmanları su yerinə, stəkanın dibində qalmış meyvə şirəsi, çay, kofe hətta süd ilə də qəbul edirlər. Bəzi mayelər dərmanların təsir gücünü və effetivliyini azaldır. Məsələn,

Qəhvə dərmanın ağızda tez parçalanmasına səbəb olur ki, bu da onun tərkibini zəiflədir;

Çayın tərkibində olan inqridentlər dərmanların orqanizmdə sorulma prosesinə mənfi təsir göstərir;

Süd əksər dərman preparatlarının, xüsusilə də antibiotiklərin təsir gücünü azaldır;

Meyvə şirəsi ilə içilən dərmanın farmakoloji təsiri dəyişir.

Əgər preparatların qəbulunda həkim tərəfindən xüsusi təlimat qeyd edilməyibsə, yaxşı olar ki, dərmanları otaq temperaturunda saxlanılan təmiz su ilə qəbul edəsiz.

2. Əksər hallarda preparatların qəbulu ya yeməkdən əvvələ, ya da sonraya təyin olunur. Müalicələrdə çox nadir hallarda yemək zamanı qəbul edilən dərmanlara rast gəlinir. Əgər yemək zamanı qəbul edilən dərman təyin olunubsa, yeməklərin qida tərkibinə diqqət etmək lazımdır. Tərkibi sellüloz, amin turşuları və digər kompanentlərlə zəngin olan qidalar dərmanların tərkibində orqanizmə faydalı ola biləcək önəmli komponentlərin bir hissəsini təmizləyir. Həmin qidalara daxildir:

Herkules və bənzəri qidalar, kələm, giləmeyvələrdən ibarət salatlar, göyərtilər, balqabaq, göbələklər, üyüdülməmiş undan hazırlanan məhsullar və.s. Dərman qəbulu zamanı tərkibində bu qidaların olduğu yeməklərə üstünlük verilməməsi tövsiyyə olunur.

3. Dərmanların qəbulunda təyin olunan qrafikə düzgün riayət etməmək effektsiz müalicənin başlıca səbəblərindən biridir. Xüsusilə də antibiotiklərin qəbulunda dəqiq vaxtlara diqqət etmək lazımdır. Orqanizmdə dərmanların düzgün konsentrasiyasını tənzimləmək üçün normalara dəqiqəsinə qədər əməl etmək vacibdir.

4.Yaxşı olardı ki, antibiotik müalicəsi zamanı xüsusi qrafik hazırlayasınız. Eyni qrupdan olan dərman müalicəslərində belə preparatların qəbulu arasında müəyyən fasilə gözlənilməlidir. Dərmanları minimum 10-15 dəqiqə fasilə ilə qəbul etmək lazımdır. Bir ovuc dərmanı bir stekan su ilə içib effekt gözləmək düzgün deyil.

5. Ən kobud norma pozuntularından biri isə müalicəni yarıda dayandırmaqdır. İnsanlar müalicənin ilk həftəsindən sonra özlərini gümrah hiss etdikləri an dərmanların qəbulunu saxlayır. Bu orqanizmdə bir sıra başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qəbul etdiyiniz dərmanlar orqanizmə yayılaraq müəyyən qoruma təbəqəsi yaradır. Ona görə də müalicənin effektini görmək istəyirsinizsə, dərmanların qəbulunu həkimin təyin etdiyi vaxta qədər davam etdirməlisiz.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm