İlk öpüş, xolesterinlə mübarizə, xoşbəxtlik hormonları - TƏBİİ MÜALİCƏ ÜSULLARI
Bizi izləyin

Sağlamlıq

İlk öpüş, xolesterinlə mübarizə, xoşbəxtlik hormonları - TƏBİİ MÜALİCƏ ÜSULLARI

İntim münasibətlər nə üçün məhz öpüş ilə başlayır?

Zövq aldıqca alınan və ehtiras mənbəyi olan öpüş tarix boyu istənilən insanın ağlını başından alıb. Bəs görəsən sultanların, prezidentlərin hətta diktatorların belə ağlını əlindən alan öpüşmək niyə bu qədər zövq verir? İntim münasibətlər nə üçün məhz öpüş ilə başlayır?

Publika.az öpüş haqqında ən sirli məqamların üstünü açır:

İlk öpüş zamanı insan orqanizmində müxtəlif proseslər baş verir. Bu proseslərin bir qismi insanda cinsi istəyi artırsa da, bir qismi də sağlamlığına müsbət təsir edir.

Mütəxəssislər insan dodağında yerləşən müəyyən sinir ucluqlarının öpüşmə zamanı insanı təşviq edici hisslər yaratdığını bildirib.

Öpüşmək insanda stresi azaldır. Spirtli içkilər və siqaret ilə müqayisədə öpüş çox daha effektiv vasitə hesab olunur. 15 dəqiqəlik öpüşmə zamanı stres hormonu olan kortisolun səviyyəsində ciddi azalma, beyin hormonu olan oksitosinin isə yüksəldiyi müşahidə olunub.

Xolesterin ilə mübarizə aparırsızsa, dərmanları bir kənara atın və özünüzü təbii üsulla müalicə edin. Yəni öpüşün.

Öpüşməyin iyrənc olduğunu düşünürsüzsə, bu heç də belə deyil. İnsan öpüşən zaman ağız suyuna əhəmiyyət vermir. Lakin ağız suyu öpüşdüyünüz şəxsin yaxşı həyat yoldaşı olduğundan xəbər verir.

Adrenalini artıran öpüş ürək döyüntülərinizi sürətləndirərək şəhvət hissini artırır.

Nəhayət, öpüşün ən gizli xüsusiyyəti xoşbəxtlik hormonları ifraz etməsidir. Mütəxəssislər qeyd edirlər ki, öpüşən zaman ən çox ifraz olunan hormonlardan biri dopomindir. Bu hormon insana həzz verir, ona sevinc hissi bəxş edir və xoşbəxtik hislərini qabardır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm